“Qafqazinfo”nun məlumatına görə, modelyer sənət adamlarını və dostlarını yeni açdığı moda evində bir araya toplayıb. Xalq artisti Aygün Kazımova açılış mərasiminin fəxri qonağı kimi Əhmədova haqda fikirlərini bölüşüb:
“Leyla xanımla uzun illərdir ki, dostuq, birlikdə çalışırıq. O, dünya şöhrətli Zeynəb Xanlarovaya konsertlərində geyimlər hazırlayıb, amma bu haqda heç yerdə danışmayıb. Sadə xanımdır.
Bu gün də “Azərbaycan” adlı yeni kolleksiyasını təqdim edəcək. Avropa Oyunlarından öncə moda evi açdı ki, xarici qonaqlar azərbaycanlı xanımların necə işgüzar, bacarıqlı olduqlarını görsünlər”.
Aygün Kazımova Moda evinin tərkibində fəaliyyətə başlayan gözəllik salonun hovuzunda da olub. Ətəyi suya batan müğənni onu qaldıraraq daha rahat formada gəzib.
Könül
Son xəbərlər
Son Xəbərlər