Etibar Babayevə ATV-də vəzifə verildi

etibar-babayeve-atv-de-vezife-verildi
Oxunma sayı: 3661


“Qafqazinfo”nun  lent.az-a istinadən məlumatına görə, o, “Azad Azərbaycan” telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib. E. Babayev bununla yanaşı, telekanalın vitse-prezidenti səlahiyyətlərini də həyata keçirəcək.

Məlumat ATV-dən təsdiqlənib.  

Qeyd edək ki, E. Babayevin sonuncu vəzifəsi AzTV-nin nəzdində Televiziya və Radio Akademiyasının rektoru idi. O, bu vəzifədən öz ərizəsi ilə getmişdi.