Etibar Mirzəyevdən yanğınla bağlı - Açıqlama+Video

etibar-mirzeyevden-yanginla-bagli
Oxunma sayı: 9572

"Sobsan" boya fabrikində baş verən yanğın söndürülüb.

"Qafqazinfo"nun məlumatına görə, yanğınla bağlı açıqlama verən Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, yanğın zamanı 6 nəfər xəsarət alıb.  Baş vermiş hadisənin qarşısının alınmasına 300-ə qədər canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub. Nazir müavininin sözlərinə görə, yanğın yaşayış evlərinə keçməyib.