Etibar Pirverdiyev Avropa Oyunlarından danışdı

etibar-pirverdiyev-avropa-oyunlarindan-danisdi
Oxunma sayı: 2579


“Qafqazinfo” xəbər verir ki, Səhmdar Cəmiyyətin akt zalında keçirilən tədbirdə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev H. Əliyevin həyat və fəaliyyətindən danışıb. “Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, 8 enerji blokundan ibarət ümumi gücü 2400 MVt “Azərbaycan” İES-in birinci enerji bloku 1981-ci il oktyabrın 20-də istifadəyə verilib. Bu möhtəşəm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsasını qoymuşdu. Prezident İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı Sərəncamına əsasən, hər il oktyabrın 20-si “Energetiklər günü” kimi qeyd edilir”. 

Etibar Pirverdiyev son zamanlar müxtəlif istiqamətlərdə yüksək səviyyəli beynəlxalq tədbirlərin, o cümlədən ilk Avropa oyunlarının Azərbaycanda keçirilməsinı ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələri olduğunu bildirib. Az bir müddətdə bu səviyyədə tədbirlərin keçirilməsini təşkil etmək hər bir dövlətin imkanları daxilində olmadığını, İlham Əliyevin güclü iradəsi və Avropa oyunlarının təşkilat komitəsinin sədri ölkənin birinci xanımı Mehriban Əliyevanın böyük təşkilatçılıq qabiliyyəti sayəsində bu oyunlara hazırlıq vaxtından əvvəl başa çatdırıldığını qeyd edərək Etibar Pirverdiyev onu da bidirib ki, bəzi qarayaxma kompaniyalarına baxmayaraq, bu oyunların yüksək səviyyədə həyata   keçiriləcəyinə   tam   əmindir.