“Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirildi - Video

etilen-polietilen-zavodunda-yangin-taktiki-telim-kecirildi
Oxunma sayı: 1081

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi tərəfindən SOCAR “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt şəhərində yerləşən “Etilen-Polietilen” zavodunda “Yüksək saylı çağırışla yanğınların söndürülməsi” mövzusunda yanğın-taktiki təlim keçirilib.

"Qafqazinfo" xəbər verir ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin yüksək saylı çağırışlar üzrə yanğınların söndürülməsi və təxliyə-xilasetmənin təşkili bacarıqlarının daha da artırılması, belə çağırışlar zamanı əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə Sumqayıt şəhərinin Yanğından Mühafizə hissə və bölmələrinin qüvvələri cəlb olunub.

Təlim zamanı yüksək saylı çağırışla “hadisə yerinə” operativ çatan yanğınsöndürmə qüvvələri qaz anbarının ətrafında “zəhərlənmiş” və “xəsarət almış” işçi personalı xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “xilas edib”, qaz tutumunda şərti baş vermiş yanğını qısa müddətdə “söndürüb” və qonşu tutumları soyudaraq “təhlükənin” qarşısını alıblar.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.