“Etimadı əməli işimlə doğruldacam” - Azər Əlixanbəyov

etimadi-emeli-isimle-dogruldacam
Oxunma sayı: 5656

32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Azər Əlixanbəyov təbliğat-təşviqat kampaniyasına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Əlixanbəyov seçicilərlə görüşünü "Etimadı əməli işimlə doğruldacam” devizi altında keçirir.

Azər Əlixanbəyov kimdir?

Azər Talıb oğlu Əlixanbəyov 8 iyun 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. 1990-1993-cü illərdə Naxçıvan şəhəri 39 saylı tam orta ümumtəhsil məktəbində, 1993-1994-cü illərdə Bakı şəhəri 23 saylı tam orta ümumtəhsil məktəbində, 1994-1995-ci illərdə Avstriya Salzburq şəhərində S.İ.P.S.-də (Salzburq İnternational Properity School), 1995- 2000-ci ildə isə Azərbaycan Universitetinin nəzdində olan İngilis dili gimnaziyasında təhsil alıb.

2000-ci ildə Türkiyə Ankara Polis Akademiyasına qəbul olub və 2005-ci ildə həmin Akademiyanı bitirib.

2006-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıralarına qəbul olunaraq 2008-ci ilədək Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində, 2008-2009-cu illər ərzində Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə müvəkkili vəzifəsində xidmət edib. 2009-2011-ci illər ərzində “ATEF Şirkətlər Qrupu” MMC-də İdarə Heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışıb.

2011-2014-cü illər ərzində Suraxanı rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2014-cü ildən isə hazırki vaxta qədər “ATEF Şirkətlər Qrupu” MMC-də idarə heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Azər Əlixanbəyovun seçki qərargahı bu ünvanda yerləşir: Əmircan qəsəbəsi, S.Bəhlulzadə kücəsi 66 C (Suraxanı maşınqayırma zavodu ilə üzbəüz) Tel: 012 409 61 33 ,051 206 92 13. Bütün suallarınız barədə 8:00-dan 19:00-dək əlaqə saxlayaraq, ətraflı məlumat ala bilərsiniz.

Bu gün Azər Əlixanbəyov Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi yolunda həlak olanların xatirəsini yad edib.

Milli Məclisin deputatlığına namizədliyini 32 saylı Suraxanı üçüncü seçki dairəsindən irəli sürən Azər Əlixanbəyov növbəti görüşünü Əmircan və Bülbülə qəsəbələrinin seçiciləri ilə görüşüb. Əvvəlcə namizədin vəkili Anar Çıraqov Azər müəllimin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azər Əlixanbəyov 8 iyun 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. 1990-1993-cü illərdə Naxçıvan şəhəri 39 saylı tam orta ümumtəhsil məktəbində, 1993-1994-cü illərdə Bakı şəhəri 23 saylı tam orta ümumtəhsil məktəbində, 1994-1995-ci illərdə Avstriya Salzburq şəhərində S.İ.P.S.-də (Salzburq İnternational Properity School), 1995- 2000-ci ildə isə Azərbaycan Universitetinin nəzdində olan İngilis dili gimnaziyasında təhsil alıb. 2000-ci ildə Türkiyə Ankara Polis Akademiyasına qəbul olub və 2005-ci ildə həmin Akademiyanı bitirib. 2006-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıralarına qəbul olunaraq 2008-ci ilədək Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində, 2008-2009-cu illər ərzində Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə müvəkkili vəzifəsində xidmət edib. 2009-2011-ci illər ərzində “ATEF Şirkətlər Qrupu” MMC-də İdarə Heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışıb. 2011-2014-cü illər ərzində Suraxanı rayon İcra Hakimiyyətinin Hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2014-cü ildən isə hazırki vaxta qədər “ATEF Şirkətlər Qrupu” MMC-də idarə heyəti sədrinin Təhlükəsizlik xidməti üzrə müavini vəzifəsində çalışıb.

Deputatlıq platforması barədə danışan Azər Əlixanbəyov qeyd etdi ki, sizin səsinizlə deputat seçiləcəyim təqdirdə bu kimi vacib məsələlərin həlli naminə var qüvvəmlə çalışacağıma söz verirəm. Azərbaycanın daha böyük inkişafı üçün qanunvericilik bazasının formalaşmasına, ölkə iqtisadiyyatının dinamik inkişafı naminə sahibkarlara dəstəyin göstərilməsinə, gələcəyimizin təminatçısı olan gənclərin təhsilinin yüksəldilməsinə, konstitusiyamıza uyğun olaraq vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, ordumuzun durmadan gücləndirilməsi yolunda vətənpərvər insan olaraq çalışacam. Seçicilərimlə mütəmadi olaraq görüşlər keçirərək onların təklif və fikirlərini dinləyəcəm.

Qəsəbələrin sakinləri Azər Əlixanbəyovu yaxından tanıdıqlarını, onun fəaliyyəti barədə ətraflı məlumatları olduqlarını bildirməklə fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində yekdilliklə iştirak etməklə ona səs verəcəklərini bildirdilər.