“Etiraf edim ki, yorğunluq var idi” - Məhəmməd Abdullayev

etiraf-edim-ki-yorgunluq-var-idi
Oxunma sayı: 2930

“III Avropa Oyunlarında finaladək irəlilədiyim və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandığım üçün xoşbəxtəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu III Avropa Oyunlarında boks yarışının gümüş medalçısı Məhəmməd Abdullayev (+92 kq) deyib.

Finalda böyük britaniyalı Delişes Oriyə məğlub olaraq ikinci yeri tutan dünya çempionatının mükafatçısı bildirib ki, həlledici görüşdə iştirak etməyin özü də bir fəxrdir:

“Əlimdən gələni etdim. Etiraf edim ki, yorğunluq var idi. Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarında bunun əvəzini çıxmaq və qızıl medal qazanmaqdır. Zədələrim mənə çox çətinlik yaratdı. Hər döyüşdə zədələrim açılır və qanayırdı. Olimpiadaya hazırlıq üçün Azərbaycan Boks Federasiyası xüsusi plan hazırlayacaq. Mən bildirim qədər, ABŞ və digər ölkələrdə təlim-məşq toplanışları təşkil olunacaq”.