Etiraz aksiyalarında Paşinyanın istefası tələb olunur - Video + Yenilənib

etiraz-aksiyalarinda-pasinyanin-istefasi-teleb-olunur
Oxunma sayı: 2114

Ermənistanın Sünik vilayətinin Kapan şəhərində müxalifətin mitinqi başlayıb.

Bu barədə “Qafqazinfo” “TASS”a istinadən xəbər verir.

Aksiyanın 2 minə yaxın iştirakçısı Baş nazir Nikol Paşinyanın dərhal istefasını tələb edir. Müxalifət tərəfdarları onu xəyanətdə, müharibədə məğlubiyyətdə və bütövlükdə regionun və ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirlər.

***

Yerevanın Baqramyan prospektində isə müxalif “Vətənin qurtuluşu hərəkatı”nın mitinqi başlayıb.

Bu barədə “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir.  

Müxalif hərəkatın üzvü Qeqam Manukyan bütün iştirakçıları arxalarını parlament binasına çevirməyə çağırıb. Onlar bununla həmin fəaliyyət göstərməyən instituta münasibətlərini nümayiş etdiriblər. Onun sözlərinə görə, vergi ödəyicilərinin hesabına maaş alan deputatlar vətəndaşların həyatını yaxşılaşdırmaq üçün heç bir iş görmürlər.