Etirazçılar Almatı hava limanını tərk etdilər - Yenilənib

etirazcilar-almati-hava-limanini-terk-etdiler
Oxunma sayı: 3629

Etirazçılar Qazaxıstanın Almatı şəhər hava limanına daxil olublar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb. “Etirazçılar sərnişinləri terminaldan qovdular. Dedilər ki, onlara toxunmayacaqlar”, - deyə hava limanı əməkdaşı sayta açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, hava limanı mərkəzi girişdən “sakit və dinc şəkildə tutulub", işçilər buraxılıb, başqa növbəyə icazə verilib.

***

Hava limanına daxil olan etirazçılar oranı tərk ediblər. Bu barədə "KazTag" məlumat yayıb. Bildirilir ki, hazırda hava limanı boşdur.