Etirazçılar Ermənistan XİN-in binasına girişi bağladı - Yenilənib

Etirazçılar Ermənistan XİN-in binasına girişi bağladı
Oxunma sayı: 2254

Ermənistanda “Müqavimət” müxalif hərəkatının tərəfdarları paytaxt İrəvanda yenidən etiraz aksiyası keçirir.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hərəkatın koordinatorlarından biri İşxan Saqatelyan etirazçıları Ermənistan Xarici İşlər Nazirliyinin binasının bütün giriş və çıxışlarını bağlamağa çağırıb. Nəticədə aksiya iştirakçıları polisin qurduğu canlı səddi aşaraq binanın giriş və çıxışlarını bağlayıblar.

“Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir, bütün giriş və çıxışları bağlamaq lazımdır”, - deyə Saqatelyan söyləyib.

***

Polis əməkdaşları binanın girişlərini açmağa çalışdıqda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə etirazçılar arasında toqquşma baş verib.