Peruda turistləri daşıyan iki qatar toqquşub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza turistlərin inklərin tarixi Maçu-Pikçu abidəsinə ziyarəti zamanı baş verib. Sərnişinlərin bir neçəsi yaralanıb. Qəzaya isə yerli sakinlərin etiraz aksiyası səbəb olub. Belə ki, etirazçılar yolu bağladığından qatar dayanmalı olub.
Lakin bir qədər sonra arxadan gələn növbəti qatar ona çırpılıb. Hər iki qatar Kusko şəhərindən Maçu-Pikçuya hərəkət edib.
Son xəbərlər
Son Xəbərlər