Venesuelanın nümayişçilər eks-prezident Uqo Çavesin heykəlini dağıdıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Nacional” qəzeti məlumat yayıb.
Hadisə Vilya-del-Rosario şəhərində qeydə alınıb. Hələ ki, yerli hökumət orqanları insidentlə əlaqədar şərh verməyib.
Qeyd edək ki, iğtişaşlara səbəb Venesuela prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin arasında yaranan gərginlik olub. Belə ki, martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər. Yeni etiraz aksiyalarına səbəb isə Konstitusiya Assambleyasının çağırılması olub. Müxalifət isə bunu dövlət çevrilişi kimi qiymətləndirib.
Son xəbərlər
Son Xəbərlər