Etirazlara baxmayaraq referendum keçirildi - Səslər sayılır + Yenilənib

etirazlara-baxmayaraq-referendum-kecirildi
Oxunma sayı: 4672

Bu gün İraqda Kürd Regional Hökumətinin müstəqilliyi uğrunda referendum keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Ərbildə baş tutan səsvermədə İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani də iştirak edib. O, jurnalistlərin suallarını cavabsız qoyub.

Qeyd edilir ki, referendumda digər kürd siyasətçilər də fəal iştirak ediblər. Ali seçki komissiyası açıqlamasında bildirib ki, 3 milyon nəfər səsvermə hüququna malikdir. İraqda keçirilən referendumla bağlı Türkiyə XİN-i öz vətəndaşlarına Kürd Regional bölgəsini tərk etməyi tövsiyə edib.

Bütün dünyanın etirazla qarşıladığı referenduma tək dəstək verən ölkə İsrail olub.

***

Səsvermənin yerli vaxtla 18:00-da bitməsi planlaşdırılsa da, daha sonra 1 saat uzadılmışdı.

Az öncə seçki məntəqələri bağlanıb və səslərin sayılmasına start verilib.

Bir çox ölkə tərəfindən tanınmayacağı elan edilmiş nəticələrin bir neçə saat sonra açıqlanacağı bildirilib.

Aysel Kərimova