Etna vulkanı yenə püskürdü

Etna vulkanı yenə püskürdü
Oxunma sayı: 747

İtaliyada Etna vulkanının püskürməsi nəticəsində qatı toz və kül dumanı 4,5 km yüksəkliyə qalxıb.

“Qafqazinfo” İtaliyanın “La Nuova Sicilia” nəşrinə istinadən xəbər verir ki, vulkanik aktivlik Etnanın 2007-ci ildə yaranan cənub-şərqi yeni kraterində qeydə alınıb. Aktivlik təxminən üç saat davam edib, daha sonra isə azalmağa başlayıb. Atmosferə buraxılan toz və kül dumanı cənub-qərb istiqamətinə səpələnib. Püskürmə Etnaya ən yaxın olan Kataniya şəhərinin hava limanının fəaliyyətinə təsir göstərməyib.

Qeyd edək ki, Etnada son böyük püskürmə aprel ayının sonlarında qeydə alınıb. Tüstü və kül topasına əlavə olaraq, püskürmə nəticəsində kraterdən səthə lava axıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi