“Etopaz” İlham Əliyevi belə təbrik etdi - Video

etopaz-ilham-eliyevi-bele-tebrik-etdi
Oxunma sayı: 1275

Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür. 

60 illik həyat və fəaliyyəti boyunca cənab Prezident güclü şəxsiyyət, əsl lider, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrini layiqincə yaşadan siyasi varis olduğunu sübut edib.
O, həmçinin zəngin mənəviyyatı, sadəliyi və səmimiliyi ilə xalqın sevgisini qazanmağı bacarıb. Özündə əsl liderlik xüsusiyyətlərini və yüksək insani keyfiyyətləri daşıyan Cənab Prezident həm diplomatik, həm hərbi cəbhədə illərlə mübarizə apararaq, xalqımıza zəfər qazandırdı.

Cənab Prezidenti 60 illik yubileyi münasibətilə özünəməxsus şəkildə təbrik edən özəl korporasiyalardan biri də "ETOPAZ" oldu. Şirkət Cənab Prezident İlham Əliyevin həyat və fəaliyyətinin əks olunduğu diqqətəlayiq videoçarx hazırlayıb.

Həmin videoçarxı təqdim edirik.