Ətraf muhitin qorunması ilə bağlı müşavirə keçirilib

etraf-muhitin-qorunmasi-ile-bagli-musavire-kecirilib
Oxunma sayı: 1003


“Qafqazinfo” xəbər verir ki, müşavirədə ekoloji tarazlığın qorunması, bərpası, ətraf mühitin mühafizəsi, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə söhbətlər, müzakirələr aparılmışdır.

Məlumat verilib ki, iki ildən artıq müddətdə rayon ərazisində 95000 – dən ağac və kol, 60000 müxtəlif növdən olan dekorativ güllər əkilmişdir. Əkilmiş ağaclardan 35000 ədədi çinar, 12000 ədədi liandra, 4000 ədədi kanisparis, 3000 ədədi fittoniya, 2000 ədədi fattinya, 2000 ədədi amerikanka, 15000 ədədi ebomus, 12000 ədədi sərv, 10000 ədədi eldar şamıdır. Həmçinin məlumat verilmişdir ki, rayon ərazisində “Hərəyə bir qızılgül əkək” kampaniyası keçirili. Kampaniya çərçivəsində 120000 ədəd qızıl gül kolu əkiləcəkdir və artıq bu kolların 50000 yaxını artıq əkilib və işlər sürətlə davam etdirilir.

İcra başçısı rayonda ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində verilmiş tapşırıqlardan irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası olunduğu söyləmiş, bu istiqamətdə daha ciddi tədbirlərin görülməsi üçün müvafiq struktur bölmələrinə və tabeli qurumlara konkret tapşırıqlar verib.