“Azərbaycanda olduğum müddətdə çox qonaqpərvər insanlarla qarşılaşdım. Azərbaycanlılar qonaqpərvərliyi ilə qürur duyur”.
“Qafqazinfo” ABŞ-nin Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, bu sözləri Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dili müəllimi işləyən Beyza Yazıcı deyib.
“Ətrafımda daima məni qonaq etmək istəyən insanlar var. Mən, həmçinin Azərbaycanın digər bölgələrini də səfər etməyi düşünürəm, misal üçün Şəki, Mingəçevir və Daşkəsəni görməyi çox istəyirəm”, - o deyib.
Müəllim boş vaxtlarında yerli kafeləri və restoranları kəşf etməyi, Azərbaycanı gəzib-dolaşmağı sevdiyini bildirib.
Qeyd edək ki, B. Yazıcı Corctaun Universitetinin məzunudur.
Son xəbərlər
Son Xəbərlər