“Ətrafımızda belə hekayələr çoxdur…” - Emin + Video

“Ətrafımızda belə hekayələr çoxdur…”
Oxunma sayı: 4798

Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN) analara və xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunmuş “Ana. Bir uşağın hekayəsindən daha çox” adlı sənədli film və klip təqdim edib. Bu barədə “Qafqazinfo”ya musiqiçinin mətbuat xidmətindən məlumat verilib.

“Həyatı dəyişən hekayələr var, bizə toxunan və ürəyi daha tez-tez döyünməyə məcbur edən hekayələr var. Ən səmimi və xeyirxah hərəkətlərə motivasiya edən insanlar, uşaqlar, ailələr var. Və bu hekayə onlar haqqındadır...

Bir ailə haqqında, eyni zamanda hər gün uşaqlarının sağlamlığı və xoşbəxtliyi üçün mübarizə aparan bütün digər ailələr haqqında. Bu hekayə bir dəfə EMINin həyatına çox təsir edən inanılmaz bir oğlan haqqındadır. Bu hekayə xüsusi qayğıya ehtiyacı olan bütün uşaqları təcəssüm etdirən Hüsainin hekayəsidir. Güclü, cəsarətli, mehriban, səmimi, belə işıqlı uşaqların. Bu mahnı və bu film onlara və onlardan heç də zəif olmayan analarına həsr olunur”, - layihənin press-relizində deyilir.

“Biz bu hekayəni iki il çəkirdik. Mahnını 2018-ci ildə əziz dostum Hüsain və onun ailəsi ilə görüşəndən sonra yazdım. Bu filmlə biz ətrafımızda belə hekayələrin çox olduğunu göstərmək istədik və uşaqlara və onların valideynlərinə necə kömək edə biləcəyimizi görmək, öyrənmək üçün sadəcə ətrafımıza baxmaq yetərincə asandır. Məqsədimiz sadəcə filmi mümkün qədər tez çəkmək deyil, uşağın hər gün nə qədər böyük və çətin yol keçə biləcəyini göstərmək idi. Hekayənin yaradılmasında iştirak edən və məni ona təşviq edən hər kəsə təşəkkür edirəm, xüsusilə bu filmin prodüseri və rejissoru olan Saşa Yefimovaya, hansı ki, ilk növbədə xüsusi bir uşağın anasıdır.

Ətrafınıza baxın, gəlin hamımız birlikdə uşaqlara kömək edək, onlara inanaq, yanlarında olaq. Gəlin xeyirxah işləri ucadan edək”, - yeni layihəsi haqda danışan Emin çağırış edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi