Ekologiya və Təbii Sərvətlər Nazirliyində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
“Qafqazinfo” xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki xidmətlərindən, eyni zamanda ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına verdiyi töhfələrdən danışıb.
Millət vəkili Məlahət İbrahimqızı və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə çıxış ediblər.
Tədbirin sonunda Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasına daxil olmuş bir qrup nazirlik əməkdaşına partiya vəsiqələri təqdim olunub və partiyanın fəaliyyətində fərqlənmiş əməkdaşlar mükafatlandırılıb.


Son xəbərlər
Son Xəbərlər