ETSN-də səfirlə görüş oldu

ETSN-də səfirlə görüş oldu
Oxunma sayı: 1014

Finlandiyanın ölkəmizdəki səfiri xanım Kirsti Narinen ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ESTN) məlumat verilib.

Görüş zamanı Azərbaycan və Finlandiya arasında ətraf mühitin mühafizəsi, su resurslarının səmərəli idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb, iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.