ETSN-də yeni təyinat

etsn-de-yeni-teyinat
Oxunma sayı: 4566

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki,  Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

Bu təyinata qədər o, nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən ETSN-də çalışır.