“Eurohome”dakı yanğını Baş Prokurorluq araşdırır

eurohomedaki-yangini-bas-prokurorluq-arasdirir
Oxunma sayı: 1506

Fövqəladə Hallar Nazirliyi dünən gecə saatlarında “Eurohome” tikinti malları mağazasında baş verən yanğınla bağlı araşdırma aparıldığını bildirib.

Nazirliyin sözçüsü Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, mayın 11-də “EuroHome” tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır.