“Euronews” bu dəfə Suqovuşanı göstərdi - Video

euronews-bu-defe-suqovusani-gosterdi
Oxunma sayı: 2316

Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş Suqovuşanda olub.

"Qafqazinfo" xəbər verir ki, məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu da özləri ilə aparmağı xahiş edib. X.Hümbətov Suqovuşanı tərk edərkən qarşılaşdıqları erməni vəhşiliyindən söz açıb və 27 il olmadığı doğma yerlərə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.