“Euronews” Şəki xan sarayından reportaj hazırladı - Video

euronews-seki-xan-sarayindan-reportaj-hazirladi
Oxunma sayı: 1746

“Euronews” kanalı “Postcard” layihəsinin növbəti verilişi Şəki xan sarayına həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, verilişdə sarayın tarixindən, tikinti-memarlıq üslubundan danışılıb.

Bundan başqa, xan sarayını bütün dünada məşhurlaşdıran şəbəkə sənəti barədə də ətraflı məlumat verilib. Jurnalist şəbəkə sənəti ustası Tofiq Rəsulovun da fikirlərinə yer verib.

Məlumat üçünn bildirək ki, Şəki xan sarayının tikintisinə 1789-1790-cı ildə başlanılıb və 1997-ci ildə bitib. Sarayı Məhəmmdhəsən xan tikdirib. Memar şirazlı Zeynalabdindir.

Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə keçirilib.