“Euronews” Ağdamdan süjet hazırladı - Video

euronews-agdamdan-sujet-hazirladi
Oxunma sayı: 2281

"Euronews" telekanalı Azərbaycanın erməni işğalından azad edilmiş Ağdam rayonu ilə bağlı "Qafqazın Hiroşiması" adlı süjet hazırlayıb.

"Qafqazinfo" xəbər verir ki, süjetdə erməni vandalizmi nəticəsində dağıdılan yaşayış evlərindən, məktəblərdən və məsciddən söz açılır.

Daha sonra bildirilir ki, artıq Ağdam üzərində nəzarəti bərpa edən Azərbaycan ərazilərin minalardan təmizlənməsinə başlanılıb.

"Ərazilərin təmizlənməsi və infrastrukturun yenidən bərpası üçün illərin lazım olacağı ehtimal edilir. İllər əvvəl Ağdamdan gedən minlərlə azərbaycanlı məcburi köçkün yenidən bura qayıtmağı arzulayır", - deyə süjetdə bildirilir.