“Eurovision-2015” bu arenada keçiriləcək- - Fotolar

eurovision-2015-bu-arenada-kecirilecek-
Oxunma sayı: 1402


“Qafqazinfo”nun məlumatına görə, bu barədə Avstriyanın  İctimai  kanalı “ORF” məlumat yayıb. Möhtəşəm musiqi şousu paytaxt Vyanada yerləşən “Wiener Stadthalle” arenasında keçiriləcək. Arena 6 zaldan ibarətdir, 16 min tamaşaçı tutur. Ən mühüm işlərdən biri məkanın və ərazinin təhlükəsizliyinin yoxlanılması olub.

Səhnədən tutmuş mətbuat mərkəzinə qədər bütün işlər bir neçə həftə ərzində başa çatacaq.

Qeyd edək ki, “Eurovision – 2015”in birinci yarımfinalı 19, ikinci yarımfinalı 21, finalı isə 26 mayda baş tutacaq. 

Xatırladaq ki, Elnur Hüseynov müsabiqədə “Hour Of The Wolf” mahnısını ifa edəcək.