“Qafqazinfo”nun məlumatına görə, təşkilatçılar müsabiqənin keçiriləcəyi bütün ərazini, səhnədən tutmuş mətbuat mərkəzinədək hazırlayıb. Avstryanin paytaxtı Vyanada yerləşən arenanın səhnəsinin qurulmasında ən son işıq və texnologiyalardan istifadə olunub.
Xatırladaq ki, müsabiqənin I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək.
Qeyd edək ki, ölkəmizi bu il mahnı müsabiqəsində Elnur Hüseynov təmsil edəcək. O, “Hour Of The Wolf” mahnısını oxuyacaq.
Son xəbərlər
Son Xəbərlər