“Eurovision 2018”in ilk iştirakçısı o oldu

eurovision-2018in-ilk-istirakcisi-o-oldu
Oxunma sayı: 777

“Eurovision 2018” mahnı müsabiqəsinin ilk iştirakçısının adı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, həmin şəxs rusiyalı müğənni Yuliya Samoylovadır. Bu il Krımda konsert verdiyi üçün Ukraynaya buraxılmayan sənətçi barədə Rusiyanın “Channel One” kanalı məlumat yayıb. 

Bildirilib ki, Rusiya gələn il yarışmaya Yuliya Samoylovanı göndərəcək. 

Bu məqamda qeyd edək ki, Ukrayaya girişi qadağan olunan müğənni “Rusiya geri çəkilməsəyi həbs olunacağımı bilə-bilə Kiyevə uçmağı düşünürdüm”- deyə açıqlama verib.