2-si qayıtdı, digər 2-si imtina etdi - Siyahı + Video

2-si qayıtdı, digər 2-si imtina etdi
Oxunma sayı: 1895

“Eurovision – 2020” mahnı müsabiqəsinin təşkilatçıları bütün iştirakçı ölkələrin adlarını açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, 41 ölkənin adının yer aldığı siyahı müsabiqənin rəsmi saytında yerləşdirilib.  

Ukrayna və Bolqarıstan “Eurovision”a qayıdıb, Macarıstan və Monteneqro isə müsabiqəni tərk edib. Xatırladaq ki, Ukrayna Təl-Əvivdə keçirilən “Eurovision – 2019”da iştirak etməmişdi.

2020-ci ilin 12-14 may tarixlərində Niderlandda keçiriləcək müsabiqənin digər iştirakçıları isə bunlardır: Azərbaycan, Albaniya, Ermənistan, Avstraliya, Belarus, Belçika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Niderland, Böyük Britaniya.

Xatırladaq ki, bu ilin qalibi – Niderland və müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya birbaşa “Eurovision – 2020”nin finalında iştirak edəcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi