“Eurovision-2020”nin rəsmi sloqanı açıqlandı - Video

eurovision-2020nin-resmi-sloqani-aciqlandi
Oxunma sayı: 1184

Gələn il Niderlandın Rotterdam şəhərində baş tutacaq “Eurovision” mahnı müsabiqəsinin rəsmi sloqanı açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, müsabiqənin rəsmi Yutub kanalında yerləşdirilən videoda ilk dəfə “Eurovision-2020”nin sloqanı - “Open Up!” (“Açıl!”) səsləndirilib.

““Open Up!” şüarı məqsədli şəkildə natamam səslənir: bir-birimizə açılaq. Musiqiyə açıl. Rotterdama açıl. Seçəcəyiniz hər şeyə açıq olun - şüarı özünüzəməxsus şəkildə tamamlamaq üçün azadlığı hiss edin”, - “Eurovoision TV” müsabiqənin icraçı prodüseri Sits Bakkerin sözlərini sitat gətirir.  

Qeyd edək ki, müsabiqə 12-16 may 2020-ci il tarixlərində Rotterdamın “Rotterdam Ahoy” arenasında keçiriləcək.