“Eurovision” əleyhinə olan iki ruhani saxlanıldı

eurovision-eleyhine-olan-iki-ruhani-saxlanildi
Oxunma sayı: 632

Samux rayon Polis Şöbəsindən Modern.az-a verilən məlumata görə, Şəmkir rayonundan olan iki ruhani "Eurovision" mahnı müsabiqəsinə etiraz edərək, əhali arasında antitəbliğat aparırmışlar. Buna görə polis onları saxlayıb. Məlumatda bildirilir ki, onlar Şəmkirdə tanınan ruhanilər olublar və camaata "Eurovision"nun ölkəyə ziyanlı olduğunu aşılayırmışlar.

"Eurovision"a öz etirazlarını bildirən hacı Əli 6, hacı Aqil isə 10 sutkalıq həbs ediliblər.