“Eurovision” keçiriləcəkdi, xəstəxana etdilər - Video

eurovision-kecirilecekdi-xestexana-etdiler
Oxunma sayı: 2190

Mayda “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi nəzərdə tutulan “Ahoy Arena”da müvəqqəti xəstəxana yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, məkan koronavirus (COVİD-19) epidemiyasından əziyyət çəkənlərin müalicəsi üçün istifadəyə verilib.

Niderland səhiyyə orqanları müvəqqəti xəstəxananı mediaya çərşənbə axşamı təqdim edib.

Rotterdam təhlükəsizlik idarəsinin məlumatına əsasən sözügedən məkan Niderlandda xəstələrin sayı artacağı təqdirdə istifadəyə veriləcək.

Qeyd edək ki, may ayının 12, 14 və 16-da baş tutacaq mahnı müsabiqəsi gələn ilədək təxirə salınıb.