“Eurovision” qalibinin evindən 9 milyon oğurlandı - Fotolar

eurovision-qalibinin-evinden-9-milyon-ogurlandi
Oxunma sayı: 4163

Rusiyalı müğənni, "Eurovision 2008" qalibi Dima Bilanın bağ evinə oğrular girib.

“Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, Yeni Moskva ərazisində yerləşən evə Bilan ancaq yay istirahəti üçün yollanır. Gecəyarısı mənzilə gedən Dima qapının tutacağının sındırıldığını görüb. Hadisə yerinə gələn polis əl izlərini götürüb.

Müğənni oğruların 9 milyon rus rublu (təxminən 144 min manat), qiymətli saat və başqa zinət əşyaları götürdüklərini bildirib. Eyni zamanda Bilanın səsyazılarının və video görüntülərinin yer aldığı disklər də itib.