“Eurovision” üçün Təl-Əvivə yola düşdülər

eurovision-ucun-tel-evive-yola-dusduler
Oxunma sayı: 1043

İctimai Televiziya və Radio Yayımları Şirkətinin bir qrup əməkdaşı, eləcə də Milli Təşkilat Komitəsinin bəzi üzvləri  “Eurovision 2019” mahnı müsabiqəsində iştirak etmək üçün Təl-Əvivə yola düşüblər.

"Qafqazinfo" xəbər verir ki, müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifin də yer aldığı nümayəndə heyəti qələbə arzusu ilə yola çıxdıqlarını bildiriblər.

Dəstək heyəti İsrailə Azərbaycanın milli-mədəni dəyələrini, tarixini, turizmini əks etdirən müxtəlif maarifləndirici materiallardan ibarət hədiyyələr də aparıblar.