Ukrayna Milli Televiziyası (NTU) “Eurovision - 2017”nin keçiriləcəyi şəhərin adını açıqlamaqdan imtina edib.
“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, NTU heyəti iki gündür Cenevrədə Avropa Yayım Birliyinin (EBU) yığıncağında iştirak edir. Ölkənin rəsmi yayım qurumu Ukraynaya geri qayıtdıqdan dərhal sonra ev sahibi olacaq şəhərin adını elan edəcəklərini bildirib.
Lakin, qurum yarışmanın keçiriləcək arena və şəhər barədə məlumat verməkdən imtina edib.
Onlar növbəyi iclas üçün Çernoqoriyaya səfər ediblər.
“Eurovision – 2017”yə ev sahibliyi edəcək namizəd şəhərlərin adları:
1. Kiyev-Milli Olimpiya İdman Kompleksi
2. Odessa-Çornomorets Stadionu
3. Dnipropetrovsk-Dnipro Arena
4. Lvov-Arena Lvov
5. Vinnitsya
6. Herson
7. Çerkassi
8. Ujgorod
9. Irpin
10. Doğa
Son xəbərlər
Son Xəbərlər