“Eurovision”a getməsə də, Avropa Çingizdən yazır - Fotolar

eurovisiona-getmese-de-avropa-cingizden-yazir
Oxunma sayı: 5369

Ötən gündən etibarən Çingiz Mustafayevin “Eurovision”a getmə xəbəri sosial şəbəkələrin əsas müzakirə mövzularından biri olub.  Məlumatı yarışmanın ölkə üzrə nümayəndə heyəti və sənətçi təkzib etsə də, Çingiz artıq Avropa tamaşaçısının diqqətini çəkib. 

Belə ki, tvitter paylaşım platformalarında Mustafayevin fotoları yayılır, forumlarda onun xarici görünüşü, ifaları müzakirə olunur. 

Bundan əlavə, beynəlxalq layihə barədə tez-tez məlumatlar paylaşan wiwibloggs.com, eurovoix.com, escunited.com kimi portallar Çingiz barədə məqalalər dərc edib, sənətçinin yaradıcılığı barədə məlumatlar yerləşdiriblər.