“Eurovision”a rəqib gəlir

eurovisiona-reqib-gelir
Oxunma sayı: 1680

Beynəlxalq musiqi yarışması olan “Eurovision”a yeni rəqib gələ bilər.

Qafqazinfo” xəbər verir ki, iki ildir “Eurovision” mahnı müsabiqəsində iştirak edən Avstraliya yeni beynəlxalq musiqi yarışması yaratmaq niyyətindədir. Ölkənin SBS teleşəbəkəsi “Eurovision Asia” adlandırılacaq müsabiqənin keçirilməsi üçün hazırda Hindistan, Çin və Cənubi Koreya kimi böyük yayımçılarla danışıqlar aparır. Şirkətdən bildirilir ki, yeni yarışmada eyni formatdan istifadə nəzərdə tutulur.

Səsvermə mexanizminin isə “Eurovision”dakı kimi olacağı bildirilir.

Aysel Kərimova