Bu il “Eurovision” mahnı yarışmasında Norveçi təmsil edəcək iştirakçı Agnetenin səhnə şousu qalmaqala səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, "Icebreaker" mahnısının təqdimatı zamanı səhnədə qurulan dekorasiyanın plagiat olduğu ortaya çıxıb.
Sözügedən səhnəciyin SİA-nın “X-factor” müsabiqəsindəki yaratdığı səhnə şousu ilə eynidir.
Oğurluq iddiaları ilə bağlı “Eurovision”nun Norveç üzrə təşkilat komitəsindən hər hansı bir açıqlama verilməyib.
Xatırladaq ki, ötən ilin birincisi Måns Zelmerlöw səhnə şousunda plagiatdan istifadə etmiş, yarışmanın finalında isə bu problem aradan qaldırılmışdı.

Son xəbərlər
Son Xəbərlər