“Eurovision”da dost ölkələr bir-birinə səs verə bilməyəcək

eurovisionda-dost-olkeler-bir-birine-ses-vere-bilmeyecek
Oxunma sayı: 1718

Sabah “Eurovision” mahnı müsabiqəsində iştirakçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir iki önəmli məqamla yadda qalacaq. Birincisi, Təl- Əviv şəhər açarını rəsmi olaraq Rotterdama təhvil verəcək. İkincisi isə kimin hansı yarımfinalda performans göstərəcəyi və səs verəcəyi açıqlanacaq.

Bundan əlavə, üç “Eurovision- 2020” aparıcısı Chantal Janzen, Edsilia Rombley və Jan Smit festival barədə məlumat verəcək.

Həmçinin Avropa Yayım Birliyi (EBU) bir-birinə daimi olaraq səs verən ölkələrin siyahısını hazırlayıb. EBU bunu Almaniyanın “Digame” şirkəti ilə müəyyən edib. Onlar keçmiş illərdəki səsverməni analiz ediblər.  Bir-birinə mütəmadi olaraq dəstək olan ölkələrin eyni yarımfinala düşməməyi üçün siyahılar müyyənləşib.

Tətbiq olunan 5 siyahı qarşı-qarşıya qoyulacaq və dost ölkələrin eyni yarımfinalda çıxışı ehtimalı azalacaq.

Azərbaycan Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Belarus və Ermənistanın olduğu siyahıdadır.