“Eurovision”dan qovulan iştirakçı - Moldova adına yarışacaq?

eurovisiondan-qovulan-istirakci
Oxunma sayı: 1191

Rumıniyanın Avropa Yayım Birliyindən (EBU) qovulması və ölkənin builki “Eurovision” təmsilçisi Ovidiu Antonun üsyanı böyük səs-küyə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bu səbəbdən Moldova yayım qurumu (TRM) qardaş ölkə dediyi Rumıniyaya jest edib.

TRM kanalı Antona Moldovanı təmsil etməyi təklif edib. Rumıniyanın eks-təmsilçisi təklifi qəbul edərsə, Modlova təmsilçisi Lidia İsacın mahnısı “Falling Stars”ı duet şəkildə ifa etməli olacaqlar.

Moldova rəsmi yayım qurumu (TRM) mövzu ilə bağlı açıqlama yayıb:

“Rumıniyanın rəsmi yayım qurumunun (TVR) arxasındayıq. Ortaq mədəniyyətimiz, keçmişimiz və dəyərlərimiz var. Bir-birimizi dəstəkləməliyik. Hər iki müğənninin dueti uğurlu alına bilər. Bununla bağlı Ovidiu Antona təklif irəli sürmüşük”.

Rumıniyanın eks-təmsilçisi Ovidiu Anton bu təklifi nəzakətli bir şəkildə rədd edib:

“Moldovalı qardaşlarımızın qarşısında baş əyirəm. Fövqəladə, bənzərsiz və zadəgan bir təklifdir. Amma Lidianın çox enerji xərclədiyi performansına təsir etmək istəmirəm. Mahnı ona çox uyğundur”.