“Eurovision”la bağlı qanunsuz internet səhifələrinin fəaliyyəti dayandırılacaq

eurovisionla-bagli-qanunsuz-internet-sehifelerinin-fealiyyeti-dayandirilacaq
Oxunma sayı: 632

“Qafqazinfo”nun "Eurovision 2012"-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker deyib.

Qeyd edək ki, "Eurovision" mahnı müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytları və sosial şəbəkələrdə layihəyə dair ictimaiyyəti çaşdıran yanlış informasiyalar verilir.

S. Bekkerin sözlərinə görə, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradırlar: “Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə müraciət edirik”

O, 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət olunduğunu bildirib.