“Eurovision – 2016” mahnı müsabiqəsinin reytinq nəticələri açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, musiqi yarışmasının iki yarımfinal və final mərhələlərini 204 milyon insan izləyib.
Nəticələrə görə, 42 iştirakçı ölkə sırasında İslandiya birinci sırada qərarlaşıb, ölkə tamaşaçılarının 95,3 faizi yarışmanı izləyib.
“Eurovision – 2016”nı ən az izləyənlər sırasında isə Almaniya var. 36, 8 faiz tamaşaçı German TV-də müsabiqəyə canlı olaraq baxıb.
Yarışmanın rəsmi yayım qurumu Eurovision TV və yutubdakı canlı baxış sayı da məlum olub.
5, 3 milyon insan mahnı yarışmasını onlayn izləyib.
Son xəbərlər
Son Xəbərlər