“Eurovision”un builki loqotipi təqdim olundu

eurovisionun-builki-loqotipi-teqdim-olundu
Oxunma sayı: 726

“Eurovision” müsabiqəsinin builki loqotipi hazırlanıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, loqo beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları və İsrailin “KAN” şirkətinin ortaq layihəsidir. Loqotipdə iki qızıl üçbucaq, bir işıq fiquru və onların ulduz şəklində birləşməsi əks olunub. Bu, müsabiqənin keçiriləcəyi səhnənin siluetini əks etdirir. Loqonun müəllifi alman rəssam Florian Viderdir. 

Qeyd edək ki, müsabiqə “Özünə arzulamaq imkanı ver” şüarı ilə yazda Tel-Əvivdə keçiriləcək. Müsabiqəyə 42 ölkə qatılacaq.