“Eurovision”un keçiriləcəyi vaxt açıqlandı

eurovisionun-kecirileceyi-vaxt-aciqlandi
Oxunma sayı: 2741

“Eurovision” mahnı müsabiqəsinin gələn il keçiriləcəyi tarixlər müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, Rotterdamda keçiriləcək mahnı müsabiqəsinin yarımfinalları mayın 18 və 20-də, finalı isə mayın 22-də baş tutacaq.

Bu barədə mahnı müsabiqənin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu ilin mahnıları 2021-ci ildə təqdim edilə bilməz.

Qeyd edək ki, sözügedən müsabiqə koronavirus pandemiyasına görə təxirə salınmışdı.