Ev belə yandı - - Video

ev-bele-yandi-
Oxunma sayı: 1356


Güclü alov  evin dam örtüyündə başlayıb. Ailə üzvləri  mətbəxdə nahar edərkən anidən yanğından xəbərdar olublar. Qısa  müddətdə  güclənən alovun əhatə dairəsi daha da genişlənib.  Evdəki şəxslər  yalnız  özlərini  yanğından qorumaq üçün  bayıra çıxmağa macal tapıblar. Səs-küyə çıxan qonşular ev əşyalarını xilas etmək istəsələr də  alov buna imkan verməyib.

Hadisə zamanı  evin dam örtüyü,  otaqları içindəki əşyalarla birlikdə,  eyni zamanda  yanar konstruksiyalar  tamamilə yanaraq kül olub. Ev sahiblərinin sözünə görə,  yanğın zamanı evdə olan pul və  qızıl-zinət əşyaları da   yanıb. Hadisə yerniə Fövqəladə Hallar nazirliyinin İmişli rayon yanğından mühafizə  hissəsinin 3 yanğısöndürən maşını  və canlı qüvvəsi  cəlb edilib. Alov məhdudlaşdırılıb. Ümumi sahəsi  160 kvadratmetr olan evin 40  kvadratmetri, o cumlədən həyətdəki dam və yardımçı  çardaq sahələri alovdan xilas edilib. Eyni zamanda alovun yaxınlıqdakı  digər  evlərə  keçməsinin qarşısı alınıb.Yanğının elektirk naqilində yaranan qısa  qapanmadan baş verdiyi bildirilir. Fakt  bağlı aidiyyati qrumlar tərəfindən araşdırma aparılır.