Ev də, əşyaları da yandı

ev-de-esyalari-da-yandi
Oxunma sayı: 704

İmişlidə yanğın qeydə alınıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İmişli rayonu, Otuziki kəndində vətəndaşa məxsus ümumi sahəsi 190 m2 olan birmərtəbəli 5 otaqllı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 160 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.