Bu sözləri “Qafqazinfo”ya Binəqədi rayonunda yanan binada zərərçəkən jurnalist Sevinc Fədai deyib.
O, yanğın zamanı zərərçəkmişlərə mənəvi təzminat olaraq verilən kompensasiyanın ev sahibinin mənimsəmək istədiyini söyləyib: “Elə görünür ki, iş çox uzanır, nəticədə haqqımız olan kompensasiyanı ala bilməyəcəyik. Ev sahibi bizi təhdid edir, onların dedikləri sözlər bizə ən azı yanğın qədər təsir edir. Bizi fürsətdən istifadə etməkdə suçlayırlar. Halbuki yanğında biz əzab çəkmişik, mücadilə sayəsində həyatda qalmağı bacarmışıq, o, bizdən istifadə edib pul qazanmağa çalışır. Hacıbala müəllim görüşdə bizə dedi ki, sənəd və şahidlərlə kirayə qaldığınızı təsdiqlədiyiniz halda kompensasiya haqqınızdır, tələb edə bilərsiniz. Hazırda qərargahda kirayə qalmış sakinlər toplaşıb öz haqlarını tələb edirlər. Əgər ev sahibi haqqımızı verməzsə, Prezidentə qədər müraciət edəcəyik, bu işin axırınadək gedəcəyik. Mən evdə uşağımı qoyub qərargaha gəlmişəm, bu prosesdən başımız açılmır, heç 40 günlük Ucalı yenidən müayinəyə apara bilməmişik, temperaturu qalxıb. Biz yalnız haqqımız olanı istəyirik”.
Jurnalist lazımi qurumlardan bu prosesi uzatmamalarını xahiş edib:
“Psixoloji travma almış insanları belə şeylər üçün bu qədər yormaq olmaz. Üstəlik, evdə körpə uşaq qoyub gəlirəm. Konkret bir qərar çıxarılsın, haqqımız nədir, bilək. İcra nümayəndələri Hacıbala müəllimin açıqlamasının əksini deyir”.

Son xəbərlər
Son Xəbərlər