Ev sahibi ilə rastlaşan oğru onu bıçaqladı

ev-sahibi-ile-rastlasan-ogru-onu-bicaqladi
Oxunma sayı: 1061

Zığ qəsəbəsində oğurluq qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxs oradan 20 manat pul və gümüş əşyalar götürüb. Bundan sonra oğru ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə müəyyən edilərək polis əməkdaşları tərəfindəın saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompüter oğurlaması da müəyyən edilib. 

Araşdırma aparılır.