“Qafqazinfo”nun məlumatına görə, Lənkəran şəhərində yerləşən evdə rayonun bir neçə qadını yığışaraq konfet hazırlayırlar.
Adının çəkilməsini istəməyən qadının sözlərinə görə, işçilərə gündəlik 6-7 manat verilir.
Onlar heç bir qurğusuz, bu işi görmək üçün heç bir texniki vəsait olmadan işləyirlər. Konfetlərin içinə qatılan məmulatlara gəlincə, bunun üçün peçenye qırıntıları, fıstıq və şirədən istifadə olunur.
Əldə kündə formasında hazırlanan bu konfetlər digər qabda hazırlanmış şokolada salınır. Bundan sonra da konfetlər şokoladlı olaraq qurudulur. Və hazır “Qrilyajlı kamfet” yazılmış kağızlara bükülür.
Son xəbərlər
Son Xəbərlər