Azərbaycanda ev şəraitində karantində olan şəxslərin sayı açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Viktor Qasımov açıqlama verib.
O bildirib ki, bu gün 3 minə yaxın insan ev şəraitində karantində saxlanılır: "Sahə həkimləri hər gün onlarla maraqlanır. Xaricdən gətirilən vətəndaşların sayı minə yaxındır. Azərbaycanın 12 rayonunda xəstəlik halı tam sıfırlanıb və bir müddətdir ki, artıq həmin rayonlarda yoluxma aşkar edilmir".
Son xəbərlər
Son Xəbərlər